tütüne son
   
  N.GƏNCƏVİ ADINA TTEL
  Ürəyə atılan imza
 


Dünyanın ən məşhur incəsənət əsərlərinə baxın.Siz onların üzərində çox da nəzərə çarpmayan müəllif imzası görəcəksiniz.Belə ki, hər bir sənətkar, müəllifliyini qorumaq üçün öz əsərində imza qoyur.İnsan bütün yaradılmışların arasında ən dahi nümunədir.Deməli, insanda da onu Yaradanın imzası olmalıdır.
Təsəvvür edin ki, belə bir imza mövcuddur! Və insan onu öz ürəyinin ən gizli guşəsində gəzdirir.Əlimdə lupa ilə tibbi atlası nəzərdən keçirərkən mən heyrətamiz bir foto-slayd gördüm.Burada çəkilən ürək şəklinin üstündə Tanrımızın adı "Allah" yazımışdı.Fikirləşdim ki, məni qara basır və şəkilə daha diqqətlə baxmağa başladım.
Yazı sanki xəttatın əli ilə cızılmışdı, dəqiq və aydın.Şübhələrə son qoymaq üçün mən divardan asılan və üzərində açıq-aydın "Allah" sözü bilinən şəklə baxdım.Bu yazı ilə atlasdakını müqayisə etdikdən sonra əmin oldum ki, bunlar eyni şeylərdir; ürəkdə olan "Allah" sözündə heç bir səhv yox idi.
Bəli, illərlə axtardığımı və varlığına şübhə etmədiyimi mən avropalıların düzəltdiyi atlasda tapdım.Onu əlimdən buraxmadan həyacanla başımda oyanan suallara cavab axtarmağa başladım.
Bu yazı təsadüf ola bilərdimi? Bəlkə o yalnız elə bu şəkildədir? Məni narahat edən bu sualların cavabını yalnız əməliyyat yolu ilə, ürəyi öz gözlərimlə görməklə tapa bilərdim.Və həqiqətən, sonralar mənim keçirdiyim əməliyyatların nəticələri göstərdi ki, hər bir ürəkdə belə bir yazı var.
Güman ki, dodaqlarını büzərək buna inanmayanlar da tapılacaq.Amma nə etmək olar? Allahın möhrü inanmayanların ürəklərində də var.Anatom üçün ürəyin bu guşəsi çox maraqlı və cəlbedicidir.Ürək toxuması əzələ tellərinin birləşməsindən ibarətdir, amma möhrün olduğu yerdə bu tellər yoxdur, sanki o bu möhtəşəm naxışın yaxşı görünməsi üçün qəsdən belə yaradılmışdır.Bir sözlə, ürək - kamil bir orqandır və onun üzərində olan ilahi imza təsadüfi deyil.
Bəli, ürək hər bir zərbəsi ilə "Allah" deyir və Yaradanın adını təkrar etməklə onu bütün kainata səsləndirir. 
                               Mənbə:www.parlaq.net

 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol