tütüne son
   
  N.GƏNCƏVİ ADINA TTEL
  TTEL haqqında
 


1986/1987-ci tədris ilində Sumqayıt şəhərinin ən ucqar mikrarayonunda 32 saylı, 1176 yerlik beynəlmiləl bir məktəb açılmışdır. Bu məktəbin qısa müddət ərzində təhsildə, təlimdə, tərbiyədə qazandığı müvəffəqiyyətlər Təhsil Nazirliyinin Kollegiyasında müzakirə olunmuş və Təhsil Nazirliyinin 03.09.1990-cı il tarixli 691 saylı qərarı ilə 1991-ci ilin oktyabr ayında yeni tipli məktəb-lisey kimi fəaliyyətə başlamışdır. Məktəb iki istiqamət üzrə - texniki və təbiət elmləri üzrə siniflərdə komplektləşib. Liseyə Sumqayıt şəhər Xalq Deputatları Soveti İcrayyə Komitəsinin 10.10.1991-ci il tarixli 23 saylı qərarı ilə N.Gəncəvinin adı verilmişdirş.Fəaliyyət göstərdiyi müddət ərzində liseyi 743 şagird bitirərək kamal attestatı almış və onlardan təxminən 96-97%-i ali məktəblərə qəbul olmuşdur. Liseyə “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, respublikanın Əməkdar müəllimi Tahirova Minarə Məmməd qızı başçılıq edir.Məktəbdə 71 nəfər müəllim çalışır ki, onlardan 2 nəfəri “Əməkdar müəllim” və 7 nəfəri “Qabaqcıl Təhsil İşçisi”dir. Liseydə fəaliyyət göstərən müəllimlərin 91%-i ali təhsilli müəllimlərdir. Onlardan 4 nəfərin təcrübəsi Respublika üzrə, 1 nəfərin isə şəhər üzrə iş təcrübəsi yayılmışdır. 3 nəfər müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1.Əfəndiyev Rahib – fizika 2.Şamilov Tahir – informatika 3.Quliyeva Gülnaz – ingilis dili Liseyin əmək təlimi müəllimi Bayramova Səidə qabaqcıl iş təcrübəsi isə 2006/2007-ci tədris ilində respublikada yayılmağa tövsiyyə olunmuşdur. Liseyin 5 müəllimi beynəlxalq layihələrdə və konfranslarda iştirak etmiş, qrandlar qazanmışlar. 1.Şamilov Tahir – “Soros” QHT-nin “Network Scool” proqramı üzrə 2.Quliyeva Gülnaz, Babayeva Gülnarə, Şivəxanova Sevər və Kazımova Lalə - Amerika səfirliyinin “ACCELS” təşkilatının “TEA” proqramı üzrə Quliyeva Gülnaz və Şivəxanova Sevər həm də “Soros” fondunun Amerikanın Açıq Cəmiyyət İnstitutunun “Tənqidi təfəkkür” konfransında da iştirak etmişdir.
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol